Mayın 3-də İspaniya kraliçası Letisiya bu ilin yanvarından görmədiyi qızı Asturiya şahzadəsi Leonorla görüşüb.
Publika.az xəbər verir ki, şahzadə Leonor taxt-tacın əsas varisi və İspaniyanın gələcək kraliçası olduğu üçün ondan bu il yanvarın 10-da başlayan hərbi təlimdə iştirak etmək tələb olunur. Beləliklə, göyərtəsində Leonor olan "Juan Sebastián de Elcano" gəmisi qrafikə uyğun olaraq Panama şəhərində yanaşıb.
Gəmidən endikdən sonra kursantlar ailələri ilə bir neçə saat vaxt keçirə biliblər.
"Belə təsirli görüş... Hər sözün dodaqdan oxunacağını və müzakirə olunacağını bilə-bilə ünsiyyət qurmaq onlar üçün çətindir", - "Instagram" istifadəçiləri yazıblar.
Kraliça, digər valideynlər kimi, Leonorla təkbətək bir neçə gün keçirəcək. Bundan əlavə, 4 May İspaniyada Analar Günü idi.