BAKI, 5 may. TELEQRAF
“Rumınların Birləşməsi Alyansı” (RBA) partiyasının rəhbəri Corce Simion ölkədə keçirilən seçkilərinin birinci turunda qalib gəlib.
Teleqraf xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının nəticələrinə əsasən,40,07 % səslə qalib gələn Simon mütləq çoxluq qazanmadığı üçün seçkilərdə ikinci tur keçiriləcək.
İkinci turda əsas rəqabət Simion iləsol mərkəzçi “Rumıniya, irəli” alyansının dəstəklədiyi Krin Antonesku arasında olacaq.