BAKI, 5 may. TELEQRAF
Roma Papası Fransiskin “papamobil”lərindən biri Qəzza Zolağında uşaqlar üçün səyyar tibb klinikası kimi istifadə ediləcək.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir, mərhum pontifikin 2014-cü ildə Müqəddəs Torpağa səfəri zamanı istifadə etdiyi nəqliyyat vasitəsi gənc xəstələrə kömək etmək üçün diaqnostik və təcili tibbi avadanlıqlarla təchiz edilir.
"Bu, Qəzzada səhiyyə sisteminin demək olar ki, tamamilə çökdüyü bir zamanda həyati əhəmiyyətli tədbirdir", - layihəni dəstəkləyən “Caritas” xeyriyyə fondunun nümayəndəsi Piter Brune bildirib.
"Bu sadəcə bir nəqliyyat vasitəsi deyil, dünyanın Qəzzadakı uşaqları unutmadığına dair ismarışdır", - o deyib.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.