AZ

Piastri Mayami Qran-prisinin qalibi olub

Bakı. Trend:

"Formula-1" üzrə dünya çempionatının 6-cı mərhələsi olan MayamiQran-prisi başa çatıb.

Trend-inməlumatına görə, ABŞ-də keçirilən əsas yarışı "Maklaren"komandasının pilotu Oskar Piastri qazanıb.

Onun komanda yoldaşı Lando Norris ikinci, "Mersedes"dən CorcRassel isə üçüncü yeri tutub. Mövsümün favoriti hesab edilən "RedBull" pilotu Maks Ferstappen yalnız dördüncü olub.

Bu nəticədən sonra Piastri 131 xalla ümumi sıralamada liderliyəyüksəlib, Norris 115 xalla ikinci, son dörd mövsümün dünya çempionuFerstappen isə 99 xalla üçüncü yeri tutur.

Mühəndislər kubokuna da "Maklaren" 246 xalla başçılıq edir.Onları "Mersedes" (141 xal) və "Red Bull" (105 xal) izləyir.

Seçilən
0
az.trend.az

1Mənbələr