Bakı. Trend:
Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətinin Syansişəhərində Liuçun çayında baş vermiş qəza nəticəsində iki istirahətgəmisi aşıb.
Trend-in “Sinxua”agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə güclü leysanyağışı səbəb olub.
Qəzada 3 nəfər həlak olub, 14 nəfər isə hələ də itkin düşmüşhesab olunur. Ümumilikdə 60 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin dəqiq səbəbləri hələlik müəyyən edilməyib.Araşdırmalar davam edir və hadisə yerində axtarış-xilasetmə işləriaparılır.
Təhlükəsizlik orqanları hadisə ilə bağlı ictimaiyyətiməlumatlandırmağa davam edəcəklər.