AZ

Qurban Qurbanov 15 yaşlı debütant haqqında: "Qarşıdakı matçlarda da ona şans verəcəyik" - FOTO - VİDEO

U-17 millimizin müdafiəçisi Amin Rzayev 15 yaşında Azərbaycan Premyer Liqasında debüt edib.

İdman.biz xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçda yeniyetmə futbolçuya şans verib.

Rzayev 84-cü dəqiqədə oyuna daxil olub.

Qurban Qurbanov oyundan sonra Rzayevin debütü barədə də danışıb: "Xeyli vaxtdır bizimlə məşq edir. Hələ gəncdir, maksimum yükləmələri qəbul edə bilmir. Perspektivi var deyə əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, fiziki göstəriciləri pis deyil. Belə oyunçuların olması bizim üçün vacibdir. Formalaşması üçün ona vaxt lazımdır. Sevimli mövqeyi sol cinah müdafiəçisidir, amma bir neçə mövqedə oynamağı bacarır. Qarşıdakı matçlarda da ona şans verəcəyik. “Zirə” ilə yoldaşlıq oyununda özünü daha rahat hiss edirdi. Bu gün rəsmi qarşılaşma olduğu üçün həm sevincli, həm də həyəcanlı idi".

Qeyd edək ki, 12.10.2009-cu il təvəllüdlü futbolçu U-17 millimizin heyətində martda yeniyetmələr arasında Avropa çempionatının seçmə oyunlarında çıxış edib.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr