Məşhur amerikalı müğənni Ledi Qaqanın Braziliyanın Kopakabana çimərliyindəki pulsuz konsertinə 2 milyondan çox tamaşaçı gəlib.
Modern.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Konsert zamanı müğənni bir neçə libas dəyişib, o cümlədən Braziliya bayrağının rənglərində libas geyinib. O, "Qanlı Məryəm", "Pokerface", "Alejandro" və s. kimi hitləri ifa edib. Tədbirin təhlükəsizliyini 3300 hərbçi, 1500 polis əməkdaşı və 400 yanğınsöndürən təmin edib.
Rio-de-Janeyro meriyasının məlumatına görə, tədbir şəhər iqtisadiyyatına təxminən 106 milyon dollar gəlir gətirib. Konsertdə iştirak etmək üçün Braziliyanın digər şəhərlərindən 500 minə yaxın insan gəlib.