BAKI, 5 may. TELEQRAF
Regionda olan bütün ABŞ bazaları İranın hədəfindədir.
Teleqraf “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə ölkənin dövlət kanalına müsahibəsində deyib.
“Əgər bizə hücum etsələr və ya bizi müharibəyə sürükləsələr, buna güclə cavab verəcəyik", - o deyib.
Yerli istehsal olan yeni "Qasem Bəsir" raketinin də nümayiş etdirildiyi müsahibə zamanı müdafiə naziri ABŞ-a xəbərdarlıq edib: "Biz onların maraqlarına və bazalarına hücum edəcəyik. Bu baxımdan tərəddüd etməyəcəyik və bizə heç nə mane ola bilməz".
"Biz qonşu ölkələrə düşmən deyilik, onlar bizim qardaşlarımızdır, lakin onların ərazilərindəki ABŞ bazaları hədəfimiz olacaq", - general Nəsirzadə əlavə edib.