AZ

AİB Cənubi Qafqaz və Mərkəzi Asiyada daha çox layihə həyata keçirməyə hazırdır

Milan. Trend:

Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqaz və Mərkəzi Asiyadaəlaqələrin inkişafına yönəlmiş mümkün qədər çox layihə həyatakeçirməyə hazırdır.

Trend-inməlumatına görə, bunu AİB-in prezidenti Masato Kanda bankın Milandakeçirilən İllik Toplantısı çərçivəsində keçirilən mətbuatkonfransında deyib.

"Regional əməkdaşlıq və inteqrasiya bizim əsasprioritetlərimizdən biridir. Bu, təkcə iqtisadiyyat üçün deyil, həmdə regionda sabitlik üçün vacibdir. Bu, təkcə subregiona deyil, həmdə qlobal ticarətə təsir göstərir. Qlobal iqtisadiyyat üçün,xüsusən də nəqliyyat, enerji və məhsuldarlıq sahələrində bunlarcəmiyyəti və bütövlükdə bəşəriyyəti daha yaxşı edə biləcəkhəqiqətən transformativ dəyişikliklərdir", - o deyib.

ASEAN ölkələrində enerji inteqrasiyasının dəstəklənməsindəndanışan Kanda AİB-in belə təşəbbüslərə böyük əhəmiyyət verdiyinivurğulayıb.

"Bir çox marşrutlar var, o cümlədən, əlbəttə ki, Orta Asiya vəCənubi Qafqaz. Biz indi regional əməkdaşlıq və inteqrasiyayanaşmalarını həyata keçirmək və real layihələr tapmaq üçün ciddisəylər göstəririk. Və biz yerli tərəfdaşlarla birlikdə bulayihələrdən mümkün qədər çoxunu həyata keçirmək istəyirik", - oəlavə edib.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr