AZ

Moskvada ölümlə nəticələnən yanğın söndürülüb – YENİLƏNİB 2

Moskvada iki nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnən yanğın söndürülüb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dəqiqləşdirilmiş məlumatlara görə, hadisə nəticəsində iki uşaq da daxil olmaqla beş nəfər xəsarət alıb.

"Təəssüf ki, 9-cu mərtəbənin eyvanında iki nəfərin cəsədi aşkar edilib", - qurumun teleqramdakı məlumatında deyilir.

Xilasedicilər qonşu girişlərdən insanları təxliyə ediblər, onlar üçün müvəqqəti yerləşdirmə məntəqələri təşkil olunub. Yanğının sahəsi 100 kv. m təşkil edib.

***

22:56

Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nəticəsində ən azı iki nəfər ölüb.

Bu barədə TASS-a əməliyyat xidmətləri məlumat verib.

Yerli teleqram kanalları qeyd edir ki, azı 18 nəfər artıq tibbi yardım üçün müraciət edib, onlardan, ilkin məlumatlara görə, üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda yanğınla mübarizə davam edir.

***

22:33

Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib.

Bu barədə TASS-a əməliyyat xidmətləri məlumat verib.

“İlkin məlumatlara görə, General Tyulenev küçəsindəki yaşayış binasında doqquzuncu mərtəbədə partlayış və sonradan yanğın baş verib. Hazırda iki mənzil yanır, səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun baş verib”, – agentliyin müsahibi bildirib.

O əlavə edib ki, partlayışın baş verdiyi mənzil dağılıb. Onun sözlərinə görə, insanlar yaşayış binasının girişindən təxliyə olunurlar.

“SHOT” teleqram kanalının məlumatına görə, hadisə nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfər yaralanıb.

"Cebheinfo.az"

Seçilən
0
cebheinfo.az

1Mənbələr