Bakı. Trend:
“Baku Open” beynəlxalq şahmat festivalının VII turundaAzərbaycanlı qrossmeysterlər Məhəmməd Muradlı və Aydın Süleymanlıuğurlu çıxışlarını davam etdiriblər.
Trend xəbər verirki, onlar müvafiq olaraq FIDE təmsilçisi Roman Şoqciyev vəHindistan şahmatçısı Anis Mohammed üzərində qələbə qazanıblar.
Hər iki şahmatçı bu qələbələrlə turnirdə beş xala yiyələnərək,müvafiq olaraq 3-cü və 4-cü pillələrdə qərarlaşıblar. Qeyd edək ki,Aydın Süleymanlı turnirə bir neçə heç-heçə ilə zəif başlasa da,ardıcıl qələbələrlə mövqeyini gücləndirib. Məhəmməd Muradlı isə ikiməğlubiyyətdən sonra toparlanaraq qalibiyyət seriyasınabaşlayıb.
Səkkizinci turda iki güclü şahmatçımız – Muradlı və Süleymanlı –bir-biri ilə qarşılaşacaq və bu oyun onların ümumi turnirsıralamasındakı vəziyyətinə ciddi təsir göstərə bilər.
Digər Azərbaycan təmsilçilərindən Xəzər Babazadə (5-ci yer),Murad İbrahimli (6-cı), Misrətdin İskəndərov (8-ci), Read Səmədov(12-ci), Nicat Abasov (13-cü), Əhməd Əhmədzadə (15-ci) və XaqanƏhmədov (17-ci) hər biri 4,5 xalla mübarizəni davam etdirirlər.
Turnirin lideri isə altı xalla serbiyalı şahmatçı Aleksandarİnçiçdir. Onu yarım xal geridə Gürcüstan təmsilçisi Baadur Cobavaizləyir.