AZ

ABŞ Kanadanı güc yolu ilə birləşdirməyəcək - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun gələcəkdə Kanadanı hərbigüc tətbiq etməklə Birləşmiş Ştatlara birləşdirəcəyinə inanmadığınıbildirib.

Trend xəbər verirki, bunu NBC News telekanalına müsahibəsində Tramp deyib.

“Düşünürəm ki, biz heç vaxt bu nöqtəyə çatmayacağıq”, - Trampbildirib.

Qrenlandiya məsələsinə də toxunan Tramp qeyd edib ki, bu əraziABŞ üçün həm milli, həm də beynəlxalq təhlükəsizlik baxımındanəhəmiyyətlidir: “Qrenlandiya ilə bağlı nəsə baş verə bilər, səmimiolacağam. Amma düşünürəm ki, məsələnin güc yolu ilə həlli sondərəcə az ehtimallıdır”.

Bununla belə, Tramp əlavə edib ki, əgər Kanada ABŞ-nin tərkibinədaxil olsaydı, “çox dəyərli bir ştat” olardı.

Seçilən
0
az.trend.az

1Mənbələr