AZ

"Amerika dolları dünya hökmranlığını itirsə, nə baş verəcək?" -  "The Financial Times"

"ABŞ üçün böyük üstünlük o olub ki, dünyanın böhran anlarında üz tutduğu valyuta və istiqraz bazarlarına malik olub..."
 
Uzaqgörən olmayan qərarlar ABŞ-ı xarici kreditorlardan asılı vəziyyətə salacaq və onu böhranlara qarşı qoruyucu qalxandan məhrum edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, ABŞ-ın yeni prezident administrasiyası dolların qlobal maliyyə sistemində əsas dayaq rolunu faktiki olaraq sıradan çıxarıb. Əgər Amerika bu üstünlüyünü itirsə, bunun acısını çox ciddi hiss edəcək.
 
Hələ bir müddət öncə dolların dünya ehtiyat valyutası kimi mövqeyinin zəifləməsi və qlobal
dollarlarsızlaşdıma haqqında danışmaq qeyri-ciddi görünürdü. Amma indi bəzi investorlar artıq dolların hökmranlığının davam edəcəyinə inanmır.
 
Hərçənd, etiraf etmək lazımdır ki, hazırda dolların ciddi rəqibi yoxdur. Səbrsiz skeptiklər isə dolların müvəqqəti zəifləməsini onun qlobal ticarət üçün "təhlükəsiz liman" və "yağlayıcı" rolunu unudaraq yanlış dəyərləndirir.
 
Lakin bu arqumentlər, "The Financial Times"-ın fikrincə, Trampın yenidən hakimiyyətə qayıdışından sonra təhlükəsizlik və geosiyasətdə yaranan böyük sarsıntıları nəzərə almır.
 
"Amerikanın əslində nələri itirmək riski ilə üzləşdiyini düşünmək lazımdır. Artıq indidən aydındır: ABŞ beynəlxalq siyasətdə və maliyyə bazarlarında qısamüddətli hədəflərə fokuslanacaq. Bu isə ölkəni istənilən böhran qarşısında daha həssas və xarici tərəfdaşların iradəsindən daha asılı edir", - qəzet yazır.
 
Bu dəyişikliklər birbaşa fond bazarında da özünü göstərir. ABŞ üçün böyük üstünlük o olub ki, dünyanın böhran anlarında üz tutduğu valyuta və istiqraz bazarına malik olub.
 
Bunun sayəsində digər ölkələrlə müqayisədə ABŞ borclanaraq böhranlardan daha asan çıxıb. ABŞ tarixən böhranları ucuz vəsait cəlb etməklə və iqtisadiyyatı stimullaşdırmaqla daha sürətlə adlaya bilib, halbuki digər ölkələrdə belə dövrlərdə kreditlər bahalaşıb.
 
Amma, ekspertlərin fikrincə, indi vəziyyət dəyişə bilər və dünyanın aparıcı iqtisadiyyatı öz üstün mövqeyini itirə bilər. "Təhlükəsiz aktivlər yalnız o zaman təhlükəsizdir ki, insanlar onlara inansın. ABŞ bu inam sarsıldığı anda həmin inamın əsl qiymətini görə bilər", - nəşr bu nəticəyə gəlib.
Seçilən
0
2
moderator.az

3Mənbələr