BAKI, 4 may. TELEQRAF
Nəvələrim Kremlə sərbəst gələ bilərlər, lakin onlar səfərləri barədə əvvəlcədən xəbərdarlıq etməyə çalışırlar.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Putinin sözlərinə görə, yaxınları onun işinin səciyyəvi cəhətlərini başa düşür.
“Məni əvvəlcədən xəbərdar etməyə çalışırlar. Soruşurlar ki, görüşmək üçün vaxt olacaqmı?”
Vladimir Putin 1983-cü ildə Lyudmila Putina ilə evlənib. Bu evlilikdən Mariya və Yekaterina adlı iki qızı olub. 2013-cü ildə prezident və həyat yoldaşı boşandıqlarını elan etdilər. Lyudmila Putina dövlət başçısının işlə məşğul olduğu və bir-birini gec gördükləri üçün ayrıldıqlarını açıqlamışdı.
Putinin rusiyalı keçmiş gimnast Alina Kabayeva ilə izdivacdan iki oğlunun olduğu bildirilir.