AZ

Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatınıngörkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı,tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.

Trend xəbərverir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi AnarƏləkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxsləriştirak ediblər.

Əvvəlcə Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsindən bəhsedən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalqyazıçısı Anar Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb. O,görkəmli sənətkarla uzun illər davam edən dostluğundan söz açaraqbildirib ki, Maqsud İbrahimbəyov təkcə istedadlı yazıçı vədramaturq deyil, həm də dərin intellektə və güclü yumora malik birinsan olub.

Xalq yazıçısı çıxışında Maqsud İbrahimbəyovun özünəməxsus yumorhissindən danışaraq, onun zarafatlarının hər zaman düşündürücü vəincə məna daşıdığını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti PoladBülbüloğlu çıxışında Maqsud İbrahimbəyovu qeyri-adi yumor hissinəvə incə zarafatlara sahib bir şəxsiyyət kimi xatırladığını qeydedib. Polad Bülbüloğlu Maqsud İbrahimbəyovla dostluq dövründə onunssenaristi olduğu filmlərinə, tamaşalarına musiqi bəstələdiyinibildirərək deyib: “Bu, sadə dostluq deyil, deyərdim ki, yaradıcılıqdostluğudur. Maqsud həmişə iradəli və məqsədyönlü idi, eyni zamandao, zarafatları ilə bizi həmişə güldürərdi”.

Onun sözlərinə görə, Maqsud İbrahimbəyovun zarafatları vəaforizmləri indiyə qədər yaşayır, dilə gətirilir.

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birincimüavini Mixail Qusman çıxışında bildirib ki, Maqsud İbrahimbəyovunşəxsiyyətinin miqyası, intellekti və insani cazibəsi onunyaradıcılığını da üstələyirdi. O, Maqsudu dövrünü müşahidə edən,dərin düşüncəli və tamamilə qərəzsiz bir şəxs kimi xarakterizəedib. M.Qusman, həmçinin vurğulayıb ki, İbrahimbəyov güclü yumorhissinə malik, insanlarla asanlıqla ünsiyyət quran biri olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalqartisti Fərhad Bədəlbəyli Maqsud İbrahimbəyovun çox qürurlu birinsan olduğunu bildirib. O, yazıçı ilə uzun illərə dayanandostluğundan söz açaraq, M.İbrahimbəyovun yüksək mənəvi dəyərlərəsahib, zəngin intellektə malik və cəmiyyətə böyük töhfələr vermişbir şəxsiyyət olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin yazıçının ssenari müəllifi olduğu filmlərdənseçilmiş fraqmentlər təqdim olunub.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Annaİbrahimbəyova gecənin yüksək səviyyədə təşkilinə görə Heydər ƏliyevFonduna, Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə dərintəşəkkürünü bildirib.

Çıxışlardan sonra Maqsud İbrahimbəyovun “Püstə ağacı” əsəriəsasında hazırlanmış və Vaqif Əsədovun rejissoru olduğu eyniadlımono-tamaşanın nümayişi olub.

Qeyd edək ki, Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinəhəsr edilmiş yaradıcılıq gecəsi Prezident İlham Əliyevin 2025-ci il13 fevral tarixli Sərəncamına əsasən təşkil olunub.

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Seçilən
0
13
az.trend.az

10Mənbələr