AZ

Bundesliqa: “Bayern”in 34-cü çempionluğu rəsmiləşdi!

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 32-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Auqsburq” – “Holştayn” matçında qonaqlar inamlı qələbəyə seviniblər.

“Maynts” – “Ayntraxt” görüşündə qalib müəyyənləşməyib. Dörd qolun vurulduğu “Frayburq” – “Bayer” görüşü də bərabərliklə yekunlaşıb. Ötən mövsümün qalibi olan Leverkuzen təmsilçisinin bu xal itkisi cari mövsümün çempionunun müəyyənləşməsi ilə yekunlaşıb. Belə ki, lider “Bayern” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, Münhen klubunun Bundesliqa tarixində 34-cü çempionluğudur. “Nürnberq” 9, Dortmund “Borussiya”sı isə 8 dəfə ölkə çempionu olub.

“Bayern” son 13 ildə 12-ci dəfə Almaniya çempionu adını qazanıb. Ötən mövsümdə “Bayern” 3-cü olmuşdu.

32 turdan sonra “Bayern”in hesabında 76 xal var. “Bayer” 68, “Ayntraxt” 56, “Frayburq” 52, Dortmund “Borussiya”sı 41, “Leypsiq” 50, “Maynts” 48, “Verder” 47 xal toplayıb.

Almaniya, Bundesliqa
32-ci tur

2 may

Haydenhaym – Boxum 0:0

3 may

Borussiya (Mönhenqladbax) – Hoffenhaym 4:4
Qollar: Kyarodia, 5. Reyts, 32. Honorat, 64. Klayndienst, 90+1 – A.Çaves, 43. Bulter, 54. Hlojek, 74. Tabakoviç, 81.

Leypsiq – Bayern 3:3
Qollar: Şeşko, 11. Klostermann, 39. Poulsen, 90+5 – Dayer, 62. Olise, 63. Sane, 83.

Sankt Pauli – Ştutqart 0:1
Qol: Voltermade, 88.

Union Berlin – Verder 2:2
Qollar: Rote, 37. Benes, 84 – Staqe, 2; 15.

Borussiya (Dortmund) – Volfsburq 4:0
Qollar: Girassi, 3; 59. Adeyemi, 69; 73.

4 may

Auqsburq – Holştayn 1:3
Qollar: Munye, 90 – Maçino, 25-pen. Bernardsson, 40; 51.

Frayburq – Bayer 2:2
Qollar: Eggeştayn, 44. İnkapye, 49-öz qapısına – Virts, 82. Ta, 90+3.

Maynts – Ayntraxt 1:1
Qollar: Burkardt, 57 – Kristensen, 16.

Seçilən
0
arena.az

1Mənbələr