AZ

“Aqressiv oynamaq istəyirdik, amma..."

"Çelsi"nin baş məşqçisi Enzo Mareska evdə "Liverpul"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" çalışdırıcının dediklərini belə çatdırıb. 

“Çox vacib üç xal qazandıq, xüsusilə də mövsümün bu mərhələsində. ‘Liverpul’ niyə belə güclü bir komanda olduğunu göstərdi. Onlar bizi dərin müdafiəyə çəkilməyə məcbur etdilər ki, bu da bizim oyun üslubumuza uyğun deyil. Aqressiv oynamayı planlaşdırırdıq, lakin rəqib bizi fərqli plana keçməyə vadar etdi. Futbolçular isə vəziyyətə yaxşı uyğunlaşdılar. ‘Liverpul’ Premyer Liqanı niyə qazandığını bir daha sübut etdi – onların çox keyfiyyətli komandası var.” 

"Çelsi" Premyer Liqa cədvəlində 5-ci yerdədir. Növbəti mərhələdə Mareskanın komandası səfərdə “Nyukasl”la qarşılaşacaq.

Seçilən
0
90deqiqe.az

1Mənbələr