Bu gün baş tutan "Qarabağ" - "Sumqayıt" qarşılaşmasında Ağdam təmsilçisinin heyətində 15 yaşlı futbolçu debüt edib.
Offsideplus.az xəbər verir ki, Amin Rzayev 2:0 hesabı ilə başa çatan oyunun 84-cü dəqiqəsində Elvin Cəfərquliyevin əvəzinə meydana daxil olub. Komandanın baş məşqçisi Qurban Qurbanov gənc futbolçunun debütünü belə dəyərləndirib:
"Xeyli müddətdir məşqlərdə bizimlə olur. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Gəncdir, perspektivi var. Gələcək üçün özündən daha çox şey asılı olacaq. Qarşıdakı oyunlarda da imkan olduqca şərait yaradacağıq ki, oynasın. Bizim qapılarımız hamı üçün açıqdır”.