AZ

A Seriyasını tərk edən ilk klub bəlli oldu

İtaliya A Seriyasında 35-ci turun oyunları keçirilir. Çempionluq uğrunda mübarizə davam etsə də, liqanı ilk tərk edəcək klub artıq bəlli olub.

90deqiqe.Az xəbər verir ki, “Montsa” doğma meydanda “Atalanta”ya 0:4 hesabı ilə uduzaraq elitada qalmaq şansını tam itirib. Bu nəticədən sonra komandanın hesabında 35 turdan sonra cəmi 15 xal var və qalan oyunlarda mümkün olan bütün xalları toplasa belə, liqada qalmaq üçün kifayət etməyəcək.

"Montsa" hazırda təhlükə zonasının bir pillə yuxarısında qərarlaşan “Leççe”dən 12 xal geri qalır. Həmçinin, komandalar arasında keçirilən baş-başa görüşlərdə üstünlük “Leççe”yə məxsusdur – bir qələbə və bir heç-heçə.

Bu nəticə ilə “Montsa” A Seriyasını 2023/2024 mövsümündə tərk edən ilk klub kimi qeydə alınıb.

Seçilən
0
90deqiqe.az

1Mənbələr