Bakı. Trend:
Münhenin “Bavariya” klubu futbol üzrə Almaniya Bundesliqasında34-cü dəfə çempionluğunu rəsmiləşdirib.
Trend-inməlumatına görə, 32-ci turda “Leypsiq”lə 3:3 hesablı heç-heçə edənBavariya əsas izləyicisi olan “Bayer”in də “Frayburq”la səfəroyununda 2:2 hesablı bərabərlik əldə etməsindən sonra qalan ikiturda xal fərqini qoruyaraq vaxtından əvvəl çempionluğu təmin edib.“Bayer” hazırda liderlə 8 xal geridədir və bu fərqi aradanqaldırmaq artıq mümkün deyil.
Bu, Bundesliqa tarixində rekord göstəricidir – 34 çempionluq.Müqayisə üçün, “Nürnberq”in 9, “Borussiya Dortmund”un isə 8çempionluğu var.
Qeyd edək ki, “Bavariya” son 13 mövsümdə 12-ci dəfə ölkəçempionu olur. Yalnız ötən mövsüm komanda üçüncü pillə iləkifayətlənmişdi.
Bundan əlavə, komandanın 31 yaşlı ingilis hücumçusu Harri Keynkaryerasında ilk dəfə olaraq titul qazanıb.