AZ

Çində iki sərnişin gəmisi batdı - 60 nəfər xəsarət aldı

BAKI, 4 may. TELEQRAF

Çinin cənub-qərbində yerləşən Çiansi şəhərində iki gəzinti gəmisinin çevrilməsi nəticəsində 60 nəfər xəsarət alıb.

Teleqraf “Xinhua” agentliyinə istinadən xəbər verir ki, xəsarət alanlardan üç nəfərin vəziyyəti ağırdır, daha 14 nəfər isə itkin düşüb.

Çin sədri Si Cinpin xilasetmə əməliyyatlarının aparılması və zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı tapşırıq verib.

Xilasetmə əməliyyatları davam etdirilir.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr