"Xəmsə" qrupunun yaranmasının bu gün 16 illiyi tamam olur. Uzaq yola baxmayaraq, tərəfdarlarımızın hamısı bura gəldilər". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"yə qarşı səfər oyununda 2:2 hesablı heç-heçə edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib. O, matçı belə şərh edib:

"1-ci hissə düşündüyümüz kimi olmadı, 2-ci hissədə isə istədiyimiz futbolçulardan istifadə edərək, hesabda üstünlük qazandıq. Təəssüflər olsun ki, oyunun son dəqiqələrində qol buraxdıq. Oyunçularım qladiator kimi döyüşdü. İlk hissədə siyasi gedişlərimizi etdik, ikinci hissədə isə hamısı hücumameyilli olan əvəzetmələr gerçəkləşdirdik. 4 əvəzetmə edəndə istər-istəməz rəqibi fiziki cəhətdən zəif vəziyyətdə yaxalaya bilirsən. Udsaydıq, artıq çempionatdan qalmağı rəsmiləşdirəcəkdik. "Neftçi" ilə 4 qarşılaşmadan 2-də qalib gəlmişik, bu gün isə heç-heçə etdik. Qışdan sonra götürdüyümüz xallarla yuxarı pillələrdəyik. Bugünkü "Kəpəz" üçün yaxşı işlər görürük".