AZ

Putini hər zaman düşündürən məsələ

Rusiya Prezidenti Vladimir Putin gələcək varisiöz varisi haqqında daim düşündüyünü, lakin son seçimin Rusiya xalqının ixtiyarında olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, O, “Rossiya 1” telekanalının “Rusiya. Kreml. Putin: 25 il” sənədli filmində gələcəkdə ölkəyə kimin rəhbərlik edəcəyi barədə suala cavab verərkən deyib:

“Mən həmişə bu barədə düşünürəm. Ancaq son nəticədə seçim xalqın, rus xalqının, vətəndaşların, seçicilərindir”, - Rusiya Prezidenti bəyan edib.

Putin həmçinin hər bir potensial namizədin potensialına daim baxdığı və qiymətləndirdiyi iddiası ilə razılaşıb.

O qeyd edib ki, arxasında xalqın etimadı olmayan adamın çətin ki, ciddi iş görmək şansı olsun.

“Ölkənin sabit olması, onun inkişafını və təhlükəsizliyini təmin edəcək şəraitin olması üçün çox vacib şərt lazımdır: insanların ölkənin yüksək vəzifəli məmurlarına inamı. Ancaq bu etimadı əldə etmək üçün biz təbii ki, vətəndaşlarımızın vəziyyətini yaxşılaşdıraraq səmərəli və dürüst işləməliyik”, - Putin bildirib.

Seçilən
0
publika.az

1Mənbələr