AZ

Almaniya çempionu məlum oldu

BAKI. 4 may. TELEQRAF

Bundesliqada sona 2 tur qalmış "Bavariya" Almaniya çempionluğunu təmin edib.

Teleqraf xəbər verir ki, bu, Leverkuzendə ən yaxın izləyicisi "Bayer"lə 2:2 hesablı heç-heçədən sonra gerçəkləşib.

Xalını 76-ya çatdıran Münhen təmsilçisi Xabi Alonsonun baş məşqçi olduğu komandanı 8 xal geridə qoyub.

Beləliklə, "Bavariya" Vinsent Kompaninin rəhbərliyi altında ilk çempionluğunu qazanıb. Ümumilikdə isə bu, klubun 34-cü çempionluğu olub.

Seçilən
0
teleqraf.com

1Mənbələr