AZ

TƏBİB Xaçmaz qəzasında yaralananların son vəziyyətini açıqladı

TƏBİB Xaçmazda avtomobil qəzasında yaralananların son vəziyyətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, mayın 4-ü saat 17:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbindən xəsarət alan 1962-ci il təvəllüdlü (kişi cinsli), 1965-ci il təvəllüdlü (qadın cinsli), 1984-cü il təvəllüdlü (kişi cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Həmin şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.

Bizim.Media

Seçilən
0
1
bizim.media

6Mənbələr