"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hücumçu Kilian Mbappenin qarşıdakı "El Klasiko"da mühüm rol oynayacağına inanır.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis fransalı forvardın xüsusilə "Barselona"nın müdafiə xətti qarşısında əsas silahlardan biri olacağını bildirib:
"Mbappe 'Barselona' üçün təhlükədirmi? O, bu matçda çox vacib oyunçu olacaq, çünki 'Barselona'nın müdafiə xətti çox yüksək oynayır. Mbappenin hərəkətləri bu baxımdan əsas olacaq", – deyə Ançelotti bildirib.
Təcrübəli çalışdırıcı Rodriqonun durumuna da toxunub:
"Rodriqonun bir az qızdırması var, amma sağalacaq. Qarşıda bir həftəmiz var və bu, matça yaxşı hazırlaşmaq üçün kifayətdir."