Bakı. Trend:
Nikaraqua "La Prensa" qəzetinin YUNESKO-nun Ümumdünya MətbuatAzadlığı Mükafatına layiq görülməsinə etiraz olaraq təşkilatdançıxmaq barədə qərar qəbul edib.
Trend-inməlumatına görə, Nikaraqua Xarici İşlər Nazirliyinin bəyanatındavurğulanıb ki, adıçəkilən nəşr "hökumət əleyhinə fəaliyyəti,zorakılığı və anti-dəyərləri təbliğ etməsi ilə tanınır".
"YUNESKO-nun Nikaraquanın milli kimliyi və mədəni dəyərlərinitəhqir edən və tapdalayan, obyektivlikdən uzaq addımlarıntəşkilatçısı və faktiki olaraq tərəfdaşı olması utancvericidir. Busəbəbdən, Nikaraqua hökuməti YUNESKO-dan çıxmaqla bağlı suveren vəyekun qərarını elan edir", – deyə Nikaraquanın Xarici İşlər naziritəşkilatın baş direktoru Odri Azuleyə ünvanladığı məktubda qeydedib.
YUNESKO-nun baş direktoru cavabında bildirib ki, təşkilat buqərardan təəssüf hissi keçirir və bu addım Nikaraqua xalqınıxüsusilə təhsil və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıqimkanlarından məhrum edəcək.