BAKI, 4 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək üçün hərbi gücdən istifadə etməyi nəzərdən keçirə biləcəyini deyib.
Teleqraf xəbər verir ki, bu barədə o, “NBC News”a müsahibəsində bildirib.
"Mən bunu edəcəyimi demirəm, amma bunu istisna da etmirəm. Qrenlandiya bizim üçün çox əhəmiyyətlidir. Orada çox az sayda insan yaşayır, biz onların da qayğısına qalacağıq. Amma beynəlxalq təhlükəsizlik üçün bu ada bizə lazımdır”, - ABŞ prezidenti deyib.
Bundan başqa, Tramp ABŞ-nin 51-ci ştatı kimi görmək istədiyi Kanadanı ilhaq etmək üçün hərbi gücdən istifadənin ehtimalının çox olmadığını söyləyib.
"Səmimi olaraq deyə bilərəm ki, Kanada ilə bunun baş verəcəyini düşünmürəm”, - o bildirib.