AZ

Filippo İnzaginin komandası 34 il sonra A Seriyasında

"Pisa" futbol klubu 34 ildən sonra İtaliya A Seriyasına qayıdıb.

İdman.biz xəbər verir ki, Filippo İnzaginin çalışdırdığı komanda B Seriyası çərçivəsində səfərdə "Bari"yə 0:1 hesabı ilə uduzsa da, birbaşa rəqibi "Spezia"nın mövsümün sonuna iki tur qalmış "Reggiana"ya uduzması (1:2) sayəsində turnir cədvəlinin ikinci pilləsini təmin edib.

İnzagi 2024-cü ilin iyulundan "Pisa"nın baş məşqçisidir. O, əvvəllər "Milan" və İtaliyanın digər komandalarını çalışdırıb.

"Pisa" sonuncu dəfə 1990/1991 mövsümündə A Seriyasında çıxış edib. Komanda yüksək liqada səkkizinci mövsümünü keçirəcək.

Xatırladaq ki, İtaliya B Seriyasında liderlik edən "Sassuolo" daha əvvəl yüksək diviziona vəsiqə qazanıb.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr