Məşhur aktyor vəfat etdi -
Türkiyənin tanınmış aktyoru Naşit Özcan vəfat edib.Metbuat.az Anadolu Ajansına istinadən xəbər verir ki, bir müddət əvvəl o, beyin qanaması keçirərək xəstəxanaya yerləşdirilmişdi. Süni nəfəs aparatı qoşulan aktyor bu gün vəfat edib.Qeyd edək ki, o, bir çox filmlərdə - "Kurtlar Vadisi Pusu", "Sen anlat Karadeniz", "Yarqı", "Mucize doktor" və s. rol alıb.