Misli Premyer Liqasının XXXIII turunda "Sumqayıt" səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında sumqayıtlıların baş məşqçisi Vaqif Cavadov matçı şərh edib:
"Fürsətdən istifadə edib “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bugünkü qarşılaşmada yaxşı oynadıq. “Qarabağ” 4-5 oyun əvvəldən artıq çempionluğu təmin edib. Gələn mövsüm ümid edirəm ki, hər şeyi həll edib, yaxşı çıxış edəcəyik. Komandanı yeni götürmüşəm və gənc məşqçiyəm. İstənilən nəticə yoxdur. Amma növbəti mövsüm daha yaxşı olmağa çalışacağıq".