AZ

Azərbaycan "Bədii gimnastika üzrə Avropa Kuboku"nda 5 medal qazanıb

Bakı. Trend:

1-4 may tarixlərində Bakıda - Milli Gimnastika Arenasındakeçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nda Azərbaycan qruphərəkətləri komandası 1 qızıl, 3 bürünc medal, fərdi proqramtəsnifatı çərçivəsində lentlə çıxış edən Ağahüseynova Şəms(Azərbaycan) isə bürünc medal qazanıb.

Trend xəbər verir ki, mayayının birində Bakıda “Bədii gimnastika üzrə Avropa kuboku”nunaçılış mərasimi keçirilib. Açılışı zamanı iştirakçı ölkələrinbayraqları arenaya gətirilib. Daha sonra gənclər və idman naziri,Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılışı nitqi iləçıxış edib.

Ardınca Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.

Yarışın açılışı şou-proqramla davam edib. Yarışın ilk günündəfərdi yarışlar keçirilib. Böyüklər yaş kateqoriyasında gimnastlarhalqa və topla çıxışlar ediblər. Fərdi yarışda Azərbaycanı Gövhərİbrahimova və Kamilla Seyidzadə təmsil edib.

Yarışın ikinci günündə böyüklər arasında fərdi proqramdagürzlər, halqa, top və lentlər üzrə qaliblər bəlli olub. Böyüklərarasında gürzlər üzrə Ukrayna (Taisiia Onofriichuk) qızıl, İtaliya(Tara Dragas) gümüş, Bolqarıstan (Malinova Dara) bürünc medalqazanıb. Lentlərlə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl,İtaliya (Tara Dragas) gümüş, Rumıniya (Amalia Lica) bürünc medalqazanıb.

Topla yarışda İtaliya (Sofia Rafelli) qızıl, Özbəkistan (LolaDjuraeva) gümüş, Ukrayna (Taisiia Onofriichuk) bürünc medalqazanıb. Halqa ilə yarışda Ukrayna (Taisiia Onofriichuk) qızıl,İsrail (Lian Rona) gümüş, İtaliya (Tara Dragas) bürünc medalqazanıb.

Eyni gündə qrup hərəkətlərində böyüklər yaş kateqoriyasındagimnastlar 5 lent və 3 top - 2 halqa şəklində yarışıblar.
Böyüklər arasında qrup hərəkətlərində 3 top - 2 halqa şəklindəçıxış edən Azərbaycan komandası qızıl medala layiq görülüb. Ukraynakomandası gümüş, İtaliya komandası isə bürünc medal qazanıb.Böyüklər arasında qrup hərəkətlərində 5 lent şəklində çıxış edənİtaliya komandası qızıl, Estoniya komandası gümüş, Bolqarıstankomandası isə bürünc medal qazanıb.

Yarışın üçüncü günündə gənclər arasında qrup hərəkətlərikomandası 5 halqa, 5 cüt gürzlə çıxış edib. Gənclər arasında qruphərəkətləri komandası 5 halqa və 5 cüt gürzlə çıxış edənBolqarıstan komandası qızıl, Ukrayna komandası gümüş, İsrailkomandası isə bürünc medal qazanıb.

Gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatıçərçivəsində komanda hesabında halqa, top, gürzlər və lentlə çıxışediblər. Komanda hesabında Bolqarıstan komandası qızıl, İtaliyakomandası gümüş, İsrail komandası isə bürünc medal qazanıb.

Çarpaz qarşılaşmalarda Azərbaycan komandası Estoniya komandasınaqalib gəlib, Ukrayna - Bolqarıstan komandalarının qarşılaşmasındaqalib Bolqarıstan, İtaliya - Gürcüstan komandasının qarşılaşmasındaisə qalib İtaliya olub. Ardınca Azərbaycan, Bolqarıstan , İtaliyakomandaları arasında keçirilən final görüşündə Bolqarıstan qızıl,İtaliya gümüş, Azərbaycan isə bürünc medal qazanıb.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasınıngənclər yaş kateqoriyasında gimnastları qrup hərəkətləritəsnifatında həm 5 halqa şəklində çıxışda, həm də 5 cüt gürzləçıxışda bürünc medal qazanıb.

"Bədii gimnastika üzrə Avropa Kuboku"nun sonuncu günündə gəncləryaş kateqoriyasında gimnastlardan fərdi proqram təsnifatıçərçivəsində lentlə çıxış edən Ağahüseynova Şəms (Azərbaycan) isəbürünc medal qazanıb.

Böyüklər yaş kateqoriyasında fərdi proqramda çıxış edəngimnastlar çarpaz qarşılaşmalarda yarışıblar. Finala italiyalıSofia Raffaeli və özbəkistanlı Lola Djuraeva çıxıb. Finalda İtaliyagimnastı qızıl, Özbəkistan gimnastı isə gümüş medal qazanıb. Bürüncmedal uğrunda ukraynalı gimnastlar Taisiia Onofriichuk və PolinaKarika mübarizə aparıb. Bürünc medalın sahibi Taisiia Onofriichukolub.

Finalın qalibini nin medalını gənclər və idman naziri, AvropaGimnastikasının prezidenti Fərid Qayıbov təqdim edib.

Seçilən
0
4
az.trend.az

5Mənbələr