BAKI, 4 may. TELEQRAF
ABŞ administrasiyasının bir sıra ölkələrin məhsullarına tətbiq etdiyi gömrük rüsumları, yəqin ki, ləğv edilməyəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində bildirib.
"Xeyr, mən bunu etməzdim, çünki əgər kimsə tariflərin ləğv ediləcəyini düşünürsə, niyə o, Birləşmiş Ştatlarda istehsal müəssisələri qurmalıdır?", - Tramp rüsumların daimi qalıb-qalmayacağı və gələcəkdə onlardan imtina edilmə ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
O, ticarət sahəsində "Çinə qarşı çox sərt" davrandığını, bu üzdən Pekinin Vaşinqtonla razılığa gəlmək istədiyini vurğulayıb.
"Bu o deməkdir ki, biz trilyon dollar itirmirik, çünki indi biz onlarla işləmirik. Onlar isə sövdələşmə əldə etmək istəyirlər. Baxarıq, bütün bunlar nə ilə nəticələnəcək, amma bu, ədalətli sövdələşmə olmalıdır", - Tramp söyləyib.