26 yaşlı yarımmüdafiəçi Ueston Makkenni “Yuventus” klubu ilə əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O tərəflərİN yeni müqavilə imzalamağa yaxın olduğunu qeyd edib.
Uestonun “qoca sinyora” ilə yeni müqaviləsi 2028-ci ilin ortalarına qədər davam edəcək.
Hazırkı müqavilə 2025/2026 mövsümünün sonunda başa çatır.Amerikalı oyunçu bu mövsüm 40 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. A Seriyasının 34 turundan sonra "Yuventus"un 62 xalı var və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.