AZ

“Qarabağ” evdə “Sumqayıt”ı məğlub etdi

Misli Premyer Liqasının XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib.

Publika.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Yassin Benzia (59-cu dəqiqə) və Kadi Borqes (82-ci dəqiqə) fərqlənib.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” bu nəticədən sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.

Seçilən
0
4
publika.az

10Mənbələr