AZ

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı məğlub etdi

BAKI, 4 may. TELEQRAF

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Sumqayıt”ı qəbul edib.

Teleqraf xəbər verir ki, “Azərsun Arena”da təşkil olunan görüşdə Ağdam təmsilçisi qələbə qazanıb - 2:0.

Cavid Cəlilovun idarə etdiyi oyunda 60-cı dəqiqədə Yassin Benziya hesabı açıb. 82-ci dəqiqədə isə Kadi Borges yekun hesabı müəyyənləşdirib.

Ötən tur çempionluğunu təmin etmiş Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xal sayını 80-ə çatdırıb. Vaqif Cavadovun komandası 30 xalla 8-cidir.

Qeyd edək ki, tura “Neftçi” - “Kəpəz” oyunu ilə yekun vurulacaq. “Neftçi Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr