AZ

Astana hərbi parada HAZIRLAŞIR

Qazaxıstanın paytaxtı Astanada keçiriləcək genişmiqyaslı hərbi parad şəhər sakinlərinin və qonaqların böyük marağına səbəb olub.

“Busaat.az” “Newsroom.kz”a istinadən xəbər verir ki, parad 2025-ci il mayın 7-də Müstəqillik Meydanında baş tutacaq.

Tədbir zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək. Paradda Böyük Vətən müharibəsi iştirakçıları, döyüş veteranları və Qazaxıstan Silahlı Qüvvələrinin müxtəlif bölmələri çıxış edəcəklər.

Şəhər sakinlərinin paraddan zövq ala bilməsi üçün üç nöqtədə canlı yayım təşkil olunacaq.

Bayram tədbiri həmçinin ölkənin aparıcı televiziya kanalları vasitəsilə birbaşa yayımlanacaq.

Nermin Səmidova
Busaat.az

Seçilən
0
busaat.az

1Mənbələr