
Türkiyənin Kocaeli rayonunun Kartepe qəsəbəsində miras məsələsi üzündən daha bir qətl törədilib. Hadisə, Kənan A. ilə qardaşı oğlu Məhəmməd A. arasında yaşanan ədavət səbəbindən baş verib. Kənan A., mübahisə etdiyi Məhəmmədin evinin qarşısına gedərək onunla mübahisə edib. Sonrasında mübahisə dava ilə nəticələnib və Məhəmməd A. avtomobilinə minərək qaçmağa başlayıb, Kənan A. isə onu təqib edib. Nəticədə onların maşınları bir-birinə çırpılıb və qəza baş verib. Qəza sonrası Kənan A., tüfənglə Məhəmmədi vuraraq onu ağır yaralayıb. Hadisə yerinə gələn həkimlər, Məhəmmədin öldüyünü təsdiqləyiblər.✍️"Ulusum".az
Diqqət Çəkənlər
"İnadkar Yağlarla Mübarizədə Sınaqdan Keçmiş Təbii Həll"
Yeni evdə yaşamaq xəstələnmək deməkdir? – Təhlükə düşündüyünüzdən daha yaxındadır
Robert De Nironun oğlundan sarsıdıcı qərar – Artıq o, qızıdır - FOTO