AZ

Çin lideri Rusiyaya GƏLİR!

Çin prezidenti Si Cinpin Rusiyaya rəsmi səfər edəcək.

Busaat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi səfərin mayın 7-dən 10-dək davam edəcəyini bildirib.

Çin lideri İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş Qələbə Günü şənliklərində iştirak edəcək.

Kreml tərəfindən yayılan bəyanatda Çin prezidentinin Rusiya prezidenti Vladimir Putin tərəfindən Moskvaya dəvət olunduğu qeyd edilib.

Kremldən verilən məlumata görə, liderlər ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, bu, prezident Si-nin Ukrayna müharibəsinin başlanmasından sonra Rusiyaya üçüncü səfəridir.

Nərmin Səmidova

Busaat.az

Seçilən
0
busaat.az

1Mənbələr