AZ

Qəzzada tam qələbəyə nail olacağıq - Netanyahu

BAKI, TurkicWorld

İsrail Qəzzada HƏMAS-a qarşı apardığı müharibədə tam və qəti qələbəyə nail olacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Biz (İsrail red.) müharibəni bitirməmişik. Qəzzada tam qələbə əldə edəcəyik. Bu hədəfdən bir an belə imtina etməyəcəyik”- deyə, Baş nazir qeyd edib.

Onun sözlərinə görə, Qəzzada şiddətli döyüşlər davam edir və İsrail münaqişənin tənzimlənməsi planı üzərində işləyir. O əlavə edib ki, hökumət kabineti toplanaraq növbəti mərhələni müzakirə edəcək. Netanyahu iki əsas məqsədi önə çəkib: əsirlərin geri qaytarılması və HƏMAS-ın məhv edilməsi.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları yenidən bərpa edərək HƏMAS-ın hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirib. Bu, yanvarda əldə olunmuş atəşkəs rejimini pozmuşdu. Netanyahu administrasiyası əməliyyatın məqsədinin zolağda saxlanılan bütün girovların azad edilməsi olduğunu bildirmişdi. HƏMAS isə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə atmışdı.

İsrailin son məlumatlarına əsasən, hazırda Qəzzada HƏMAS-ın əlində 24 girov və 35 öldürülmüş şəxsin cəsədi qalır.

Seçilən
0
turkic.world

1Mənbələr