İngiltərə Premyer Liqasında XXXV turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, eyni saatda 3 qarşılaşma baş tutub.
Avropa Liqasında ölkələrini layiqincə təmsil edən “Mançester Yunayted” və “Tottenhem”, daxili çempionatda isə azarkeşlərini məyus etməyə davam edir.
“Qırmızı şeytanlar” səfərdə 1:0 hesabı ilə önə keçsələr də, sonda “Brentford” qarşısında 4:3 hesablı məğlubiyyətlə meydanı tərk ediblər.
"Tottenhem" isə "Vest Hem"lə 1:1 hesablı heç-heçəyə razı olub.
İngiltərə Premyer Liqası
XXXV tur
17:00. “Brentford” - “Mançester Yunayted” - 4:3
17:00. “Vest Hem” - “Tottenhem” - 1:1
17:00. “Brayton” - “Nyukasl” - 1:1
Bundesliqa: “Dortmund”dan darmadağın
“Arsenal” evdə “Bornmut”la bacarmadı
Super Liqa: “Cimbom” addım-addım çempionluğa
La Liqa: “Vilyareal” - “Osasuna” matçında 6 qol
Premyer Liqa: “Aston Villa”dan minimalhesablı qələbə