"Mən cəmi səkkiz il - iki müddət prezident olacağam. Həmişə bunun çox vacib olduğunu düşünmüşəm".
Teleqraf xəbər verir ki, bunu "NBC News"a müsahibəsində ABŞ Prezidenti Donald Tramp bildirib.
O əlavə edib ki, tərəfdarları onu mütəmadi olaraq gələcəkdə üçüncü müddətə namizəd olmağa çağırırlar: "Bir çoxları üzərində “Tramp 2028” yazılmış papaqlar satır. Amma mən bunu etmək niyyətində deyiləm. Dörd il işləyəcəm və sonra postumu ən yaxşı halda layiqli bir respublikaçıya təhvil verəcəm”.
Amerika Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək