AZ

Qubada uçan körpü müvəqqəti təmir olundu - ÖZƏL - FOTO

Aprelin 23-də Quba-Qonaq kənd-Muçu avtomobil yolunun Qubanın İkinci Nügədi kəndindən keçən hissəsində uçmuş körpü bu gün müvəqqəti təmir olunib.

Bizim.Media xəbər verir ki, bununla da 60-dan artıq kəndin yolu hələlik işlək vəziyyətə gətirilib.

Bərpa işlərini "Körpü-Bina-Tikinti "MMC-nin əməkdaşları aparıb.

Müəyyən işlərdə Quba 5 saylı yol istismar idarəsinin işçi qrupu təmir işlərində köməklik edib.

Məlumatı Bizim.Media-ya Quba FHK-nın sədri Tariyel İbrahimov verib.

Quba İH başçısının Birinci Nügədi İƏD üzrə nümayəndəsi Ceyhun Qədirov artıq qəzalı körpünün yanında yeni körpünün inşasına başlanıldığını deyib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
0
3
bizim.media

4Mənbələr