Azərbaycan cüdoçuları bu gün "Böyük Dəbilqə" turnirində 3-cü medalı qazanıblar.
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Operativ Media xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov final görüşündə məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, bu gün Azərbaycan cüdoçuları 1 qızıl və 2 gümüş medal qazanıblar.