Bergamo şəhərində “Atalanta” və “İnter” azarkeşləri arasında baş verən qarşıdurma faciə ilə nəticələnib.
Publika.az “Tuttosport”a istidən xəbər verir ki, mayın 3-dən 4-nə keçən gecə baş verən insident zamanı yerli azarkeş – 26 yaşlı Rikkardo Klaris bıçaqlanaraq öldürülüb.
Hadisə bir barda başlayan sözlü mübahisədən sonra fiziki qarşıdurmaya çevrilib. Qatil qurbanını evinin yaxınlığında taparaq ona bıçaqla xəsarət yetirib. Cinayət aləti hadisə yerinin yaxınlığında tapılıb.
19 yaşlı şübhəli könüllü olaraq polisə təslim olub və cinayəti törətdiyini etiraf edib. O, “İnter”in azarkeş qruplarından birinə, qurban isə “Atalanta” tərəfdarlarına aid olub.