BAKI, 4 may. TELEQRAF
"Yəməndən atılan raket nəticəsində Ben-Qurion hava limanı yaxınlığında baş verən partlayışa cavab veriləcək".
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahu deyib ki, İsrail ABŞ ilə birlikdə hərəkət edir:
“Biz keçmişdə də hücum etmişik, gələcəkdə də edəcəyik. Daha çox zərbə olacaq,” – o vurğulayıb.
Qeyd edək ki, hücumun məsuliyyətini Yəməndəki husilər üzərinə götürüblər. Raket zərbəsi nəticəsində İsraildə 8 nəfər xəsarət alıb.