Finlandiyanın HİK klubu Azərbaycan millisinin üzvü Ozan Can Kökçü ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ozan öz istəyi ilə HİK-dən ayrılıb.
Klubun idman direktor Petri Vuorinen ayrılığın hər iki tərəf üçün daha yaxşı olduğunu qeyd edib.
Ozan bu mövsüm 26 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.