Azərbaycanlı futbolçu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" klubu bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv doğma azarkeşlər önündə "Elversberq"i qəbul edib.

Görüşdə hesabı ilk hissənin sonlarında "Nürnberq" açıb. Lakin ikinci hissədə qonaqlar 3 qol vururaq qələbəni aktivinə yazdırıb.

Qarşılaşmaya start heyətində başlayan M. Emreli sonadək meydanda olub. Son 3 oyunda 4 qol vuran 27 yaşlı hücumçu bu dəfə fərqlənə bilməyib.

Bu matçdan sonra "Nürnberq"in Bundesliqaya yüksəlmək şansı qalmayıb.

2-ci Bundesliqa, XXXII tur

15:30 "Nürnberq" - "Elversberq" 1:3

Qollar: Antist, 44 - Baum, 52,63, Zimmerşid, 79

Mahir oyundan öncə isinmə hərəkətlərinə çıxarkən.