Almaniyalı tanınmış mütəxəssis Yurgen Klopp bir vaxtlar “Real Madrid”in baş məşqçi postunu qəbul etmədiyinə görə təəssüf hissi keçirdiyini etiraf edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşri məlumat yayıb. Məlumata görə, Kloppun indi Madrid klubunun sükanı arxasına keçməsi real görünmür. Çünki “qaymaqlılar” artıq "Bayer"in çalışdırıcısı Xabi Alonso ilə ilkin razılıq əldə ediblər.
İspaniya nəhəngi Alonsoya baş məşqçi postunu təklif etməyi planlaşdırır və o, italiyalı Karlo Ançelottini əvəzləyəcək.
"Real Madrid" bu mövsüm İspaniya Kral Kuboku və Çempionlar Liqasında uğursuzluqlar yaşadı. Komanda La Liqada qələbə uğrunda mübarizəni davam etdirir.