Bakı. Trend:
“Bakı Marafonu 2025”in qaliblərinin mükafatlandırılması mərasimikeçirilib.
Trend xəbər verir ki,mükafarlandırma iki kateqoriyada olub.
Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yeruğrunda mübarizə aparıb.
“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilərarasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. UkraynalıVitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isəTürkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişəhamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci,yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal vəsertifikatlarla təltif olunub.
Finiş xəttini keçən ilk 2000 iştirakçı da “Bakı Marafonu 2025”inmedalları ilə mükafatlandırılıb. Bununla yanaşı, bütün marafoniştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərəsertifikatlar təqdim olunub.
Qeyd edək ki, marafona 400-dən çox könüllü cəlb edilib.Regionlardan 500 nəfər RİİB (Regional İnkişaf İctimai Birliyi)könüllüsü isə iştirakçı kimi marafona qatılıb.
Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilkkeçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finişxəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçənkorporativ iştirakçı” nominasiyalarında da mükafatlar təqdimedilib.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün DövlətBayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası da yaradılıb.Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirilib,sevimli ifaçıların iştirakı ilə musiqili proqram təşkil olunub.